27 
09
23
01:10
482

Ara işləyən sürücü 3 avtomobili vurdu - VİDEO

27, 09, 23
01:10
482

Ara işləyən sürücü 3 avtomobili vurdu - VİDEO

Patruz.az izləyicimiz avtomobilində olan videoqeydiyyatçının çəkilişini qaynar xəttimizə göndərərək bildirib ki, 18 sentyabr, 20:00 radələrində avtomobillərin axın sürətinə uyğun olaraq 20 yanvar dairəsindən Xırdalan şəhəri istiqamətində hərəkətdə olub. Həmin hissədə də 1.1 zolaqlanma xətləri var. Yəni sürücülər tunel daxilində zolağı dəyişə bilməzlər. Lakin kobud sürətdə qayda pozaraq avtomobilləri gah sağdan, gah soldan ötən #77XZ508 dövlət qeydiyyat nişanlı Mercedes Vito markalı avtomobilin sürücüsü onun avtomobili də daxil olmaqla üç avtomobili vurub və saxlamadan hadisə yerindən uzaqlaşıb.

Nəticədə izləyicimizin avtomobilinin ön sağ qanad, bamper, altlıq və diskləri zədələnib. İzləyicimiz bu barədə dərhal 102 qaynar xəttinə məlumat verib. O bizim vasitəmizlə bir daha səlahiyyətli şəxslərdən həmin sürücünün tapılıb qanuna müvafiq şəkildə cəzalanmasına, onun avtomobilinə dəyən təxmini 450-500 manat məbləğin qarşı tərəfdən alınıb ödənməsinə köməklik göstərmələrini xahiş edir.


Bizimlə əlaqə saxlayın

birbank