30 
08
23
14:43
461

Dövlət qeydiyyat nişanının üzərini bağlayan sürücü barəsində hüquqi tədbir görüldü

30, 08, 23
14:43
461

Dövlət qeydiyyat nişanının üzərini bağlayan sürücü barəsində hüquqi tədbir görüldü

Bir neçə gün öncə idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını bağlayaraq idarə edən sürücü haqqında məlumat vermişdik. 

Patrul.az xəbər verir ki, sözü gedən sürücü Xəzər rayon DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıaraq haqqında protokol tərtib edilib.

Belə ki, sürücü saxlanılan zaman təhlükəsizlik kəmərindən istifadə etməməsi, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etməsi, dövlət qeydiyyat nişanını gizlətməsi və dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması halları müşahidə olunaraq sürücüyə protokol tərtib edilib və sənədlər toplanaraq Xəzər rayon məhkəməsinə göndərilib.(Sürücünün törətdiyi inzibati xətalar:  İXM 329.1, 342.9, 342.1.3, 332.2)

Hüquq mühavizə orqanlarının bu kimi halları zaman itkisinə yol vermədən araşdıraraq hüquqi tədbir görmələri təqdirə laiq haldır və bu kimi hallar vətandaşlarda onlara olan inamı, əminliyi daha da möhkəmləndirir. 

Sürücülərimizi isə daha diqqətli olmağa, qanunlara əməl etməyə və daha məsuliyyətli olmağa səsləyirik.

Bizimlə əlaqə saxlayın

birbank