16 
09
23
23:53
1 619

Bakıda avtomobil ustası küçəni YARIŞ MEYDANÇASINA döndərib - VİDEO

16, 09, 23
23:53
1 619

Bakıda avtomobil ustası küçəni YARIŞ MEYDANÇASINA döndərib - VİDEO

Avtomobillər üzərində müəyyən dəyişikliklər edən usta həmin nəqliyyat vasitələrini yaşayış yerində, cəmiyyətə aşkar şəkildə test edilməsini təşkil edərək çoxsaylı qayda pozuntularının olmasına və vətəndaşlara təhlükə yaranmasına səbəb olur. 

Patrul.az xəbər verir ki, sözügedən proseslər elə ustanın da işlədiyi avto təmir məkanının yerləşdiyi Səmədbəy Mehmandarov küçəsində baş verir.

Belə ki, nəqliyyat vasitələrini təmir etdiyini və onlarda müəyyən dəyişikliklər etdiyini deyən həmin şəxs daha sonra avtomobilləri bəzən özü, bəzən isə özünün iştirakı ilə avtomobil sahibləri Səmədbəy Mehmandarov küçəsində test sürüşünə çıxarırlar.

Test sürüşlərini video qeydə alan gənc usta, görüntüləri “Tik-Tok” sosial şəbəkəsində də paylaşır.  Demək olar paylaşılan hər görüntüdə isə kobud qayda pozuntuları və sakinlər ilə hərəkət iştirakçılarına təhlükə yaradacaq anlar öz əksini tapır. 

Video görüntülərdə test edilən hər avtomobilin ani sürət artımları, sürətinin 100 km/saat və daha artıq, məsələn bəzi görüntülərdə 140 km/saat-a qədər artırılması, ani manevrlərin edilməsi, qəfil sürət artıraraq təkərlərin yolun sətinə sürtünməsi, azyaşlı avtomobildə olarkən 4 saniyyə ərzində 100 km/saat sürət toplamaq kimi qayda pozuntularının olması açıqca görülür. Məsələnin ən önəmli tərəfinin isə bütün bu hadisələr yaşayış yerindəbaş verməsidir. Hərəkət iştirakçıları, sakinlər hər an bu məsuliyyətsiz davranışların qurbanına çevrilə bilərlər.

Ümid edirik ki, aidiyyatı qurumlar bütün görüntüləri araşdıraraq məsələyə hüquqi qiymət veriləcək və vətəndaşlara təhlükə yaradan bu kobud qayda pozuntularının bir daha yaşanmaması üçün qanuna müvafiq tədbirlər görüləcəkdir.

Bizimlə əlaqə saxlayın

birbank