15 
09
23
22:59
2 043

ŞİKAYƏT – “Baku Electronics” tıxaca səbəb olur - VİDEO

15, 09, 23
22:59
2 043

ŞİKAYƏT – “Baku Electronics” tıxaca səbəb olur - VİDEO

Redaksiyamıza tanınmış “Baku Electronics” mağazalar şəbəkəsinin Asif Məhərrəmov küçəsində yerləşən filialı barədə oxucumuzdan şikayət daxil olub.

Belə ki, sutkanın avtomobillərin yolda sıxlıq təşkil etdiyi zamanda sözügedən mağazaya aid yük avtomobili yolun hərəkət istiqamətinə perpendikulyar şəkildə parklanaraq yük boşaldılan zaman yolun sağ zolağında nəqliyyat vasitələrinin hərəkətinin tam məhtudlaşmasına səbəb olub. Bu hadisə həmin an  hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınaraq redaksiyamıza ünvanlanıb.

Mağaza daxilində müştərilərin məmnunluğuna çalışan bir müəsisənin mağazada kənarda vətəndaşlara çətin anlar yaşatması, qanunla onların rahat hərəkəti üçün təyin olunmuş yolu zəbt etməsi heç xoşagələn hal deyil.

Ümid edirik aidiyyatı qurumlar hadisəni araşdıraraq bu halın bir daha yaşanmaması üçün lazım olan qanuni tədbirlər görəcəklər.

Bizimlə əlaqə saxlayın

birbank