04 
09
23
14:02
888

"Socar"a məxsus nəqliyyat vasitəsinin sürücüsü qayda pozaraq təhlükə yaradıb - VİDEO

04, 09, 23
14:02
888

"Socar"a məxsus nəqliyyat vasitəsinin sürücüsü qayda pozaraq təhlükə yaradıb - VİDEO

Patrul.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunda müşahidə olunub.

Belə ki, "Socar"a məxsus 90 JZ 655 dövlət qeydiyyat nişanlı təhlükəli maddə daşıyan nəqliyyat vasitəsi sürücüsünün Bakı-Qazax yolunda hərəkət edərkən sürət həddini aşması hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb.

Video görüntüdə sürücünün nəqliyyat vasitəsini təxminən 110-120 km/saat sürətlə idarə etməsi öz əksini tapıb. Sözügedən yolda sürət həddinin 70 km/saat olmasını nəzərə alsaq təyin edilən sürət həddindən kifayət qədər artıq (təxminən 50-60 km/saat) sürətlə hərəkət etmək kobud şəkildə qayda pozmaqla yanaşı yolun hərəkətin sıx olan anında digər nəqliyyat vasitələri üçün də təhlükə yaranır.

Bu məsələ ilə bağlı oxucularımıza bu ilin ilk ayında Bakı-Qazax yolunda yanacaq daşıyan nəqliyyat vasitəsinin qəzaya düşməsini, hadisə nəticəsində bir nəfərin ölməsi, üç nəqliyyat vasitəsinə zərər dəyməsi və yolda güclü yanğın baş verməsini də  xatırladaq. Bu kimi halların qeyd etdiyimiz kimi və ya daha da ağır nəticəsi olması mümkündür. Hansı ki, bu formada baş verən qəzalarda xəsarətin daha da ağır olub olmaması yolun sıxlığından aslıdır, təqdim etdiyimiz görüntülərdə əks olunduğu kimi. Belə qəzalardan yayınmağın ilk yolu qaydalara əməl etməkdir. 

Doğrudur, təqdim etdiyimiz görüntülərdə qayda pozuntusu var və hər hansı bir qəza halının yaşanması əks olunmayıb. Yəqin ki, hər kəs razılaşar, qəza baş verdikdən, ölüm və ya hansısa bir zərər çəkmə halı baş verdikdən sonra qayda pozuntusu haqqında danışmaq çox anlamsız olar. Biz Patrul.az olaraq hər zaman bu kimi halların ictimailəşməsindən və məsuliyyətsizliklərin cavabsız qalmamasından yana olmuşuq. Qanunlar hər kəs üçündür və qanunlara əməl edilməsi bizlərin təhlükəsizliyini təmin edir.

Bizimlə əlaqə saxlayın

birbank