30 
08
23
14:41
497

Sürücü anidən yola çıxaraq təhlükə yaratdı - VİDEO

30, 08, 23
14:41
497

Sürücü anidən yola çıxaraq təhlükə yaratdı - VİDEO

Patrul.az xəbər verir ki, hadisə 26 avqust saat 13:30 radələrində Xətai rayonu, Telnov küçəsində qeydə alınıb.

Belə ki, #10UD055 dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobili idarə edən sürücü ikinci dərəcəli yoldan əsas yola çıxan zaman əsas yolda hərəkət edən nəqliyyat vasitəsinə məhəl qoymayaraq onun ani tormuzlanma etməsinə səbəb olub. Sürücü yaratdığı təhlükənin ardından sürətini artıraraq hərəkətinə davam edib.

Yolların xüsusi avadanlıqlarla təchiz olunmayan və ya yol polisinin həmin an görüş bucağında olmayan hissələrində belə qayda pozuntularının mövcudluğu müşahidə olunan haldır. Bu kimi hallar müxtəlif vasitələrlə qeydə alınaraq ictimaiyyətin diqqətinə çatdırılması üçün redaksiyamıza təqdim olunur. Aidiyyatı qurumların bu və bunun kimi neqativ halları araşdıraraq lazımı hüquqi qiymət verəcəyini ümid edirik.

Bizimlə əlaqə saxlayın

birbank