30 
08
23
13:44
577

"Vito" sürücüsü prospektdə ard-arda qayda pozuntuları nümayiş etdirib - VİDEO

30, 08, 23
13:44
577

"Vito" sürücüsü prospektdə ard-arda qayda pozuntuları nümayiş etdirib - VİDEO

Patrulaz” xəbər verir ki, hadisə 11 avqqust tarixində Ziya Bünyadov prospektində baş verib.

Belə ki, 77 GF 430 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobilin sürücüsünün Ziya Bünyadov prospektində üzü Koroğlu M/S istiqamətinə hərəkət edərkən ard-arda qaydalar pozaraq hərəkət iştirakçılarına çətin anlar yaşatması redaksiyamıza göndərilən video görüntüdə öz əksini tapıb.

Görüntülərdə ara məsafəsi saxlamadan dəfələrlə digər hərəkət iştirakçısının önünə çıxan sürücünün dönmə işıq siqnalından istifadə etməməsi ilə yanaşı daha sonradan qeydə alınan foto görüntülərdə telefondan istifadə etməsi əks olunub.

Ard-arda qayda pozaraq hərəkət iştirakçılarına çətinlik yaradan sürücünün nümayiş etdirdiyi açıq aşkar hörmətsizlik heç bir formada anlaşılan deyil. Görüntülərin aidiyyatı qurumlar tərəfindən araşdırılaraq qayda pozuntularının dəyərləndiriləcəyini və lazımı hüquqi qiymət veriləcəyini ümid edirik.

Bizimlə əlaqə saxlayın

birbank