17 
07
23
14:45
501

Avtomobilin nömrəsini bağlayaraq idarə edən sürücü saxlanıldı

17, 07, 23
14:45
501

Avtomobilin nömrəsini bağlayaraq idarə edən sürücü saxlanıldı

"Patrul.az" olaraq ötən gün 22-BN-690 dövlət qeydiyyat nişanlı “Vaz 2102” markalı avtomobilin sürücüsü avtomobilinin dövlət qeydiyyat nişanının bir hissəsini bağlayaraq ölkə yollarında hərəkət etməsi barədə xəbər dərc etmişdik. Hadisə tərəfimizdən işıqlandırıldıqdan sonra məsələyə dərhal reaksiya verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Patrul.az"-verdiyi məlumata görə,
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı avtomobilin sahibi müəyyən edilərək polis şöbəsinə dəvət olunub.

"Sürücü ilə profilaktiki söhbət aparılaraq ona Yol Hərəkəti haqqında qanunun tələbləri izah olunub. Daha sonra avtomobil sahibi barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunub. Qeyd edim ki, sürücü ifadəsində avtomobilin dövlət qeydiyyat nömrəsini gizlətməklə xüsusi texniki vasitələrdən yayınmaq istədiyini etiraf edib."

Bizimlə əlaqə saxlayın

birbank