08 
07
23
23:57
335

Şəki DYP son 2 ayda 3-cü avtoxuliqanı sənədləşdirdi - VİDEO

08, 07, 23
23:57
335

Şəki DYP son 2 ayda 3-cü avtoxuliqanı sənədləşdirdi - VİDEO

Şəki Dövlət Yol Polisi əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozan, insanların həyat və sağlamlığına real təhlükə yaradan daha bir avtoxuliqanı saxlayıb.  

Bu barədə PATRUL.AZ-a Şəki Dövlət Yol Polisi Bölməsinin rəis əvəzi, polis baş leytenantı Tural Niftalıyev məlumat verib.  

Belə ki, DYP əməkdaşları avtoxuliqanlıq hərəkətləri edən, özünün bu hərəkətlərini sosial şəbəkələrdə paylaşaraq təbliğ edən, Şəki rayonu Qoxmuq kənd sakini, Elbrus Bilalovu saxlayıb. Dərhal sənədləşdirilərək Şəki Rayon Məhkəməsinə göndərilən materiala baxılıb. 

Məhkəmə tərəfindən həmin şəxsin sürücülük hüququnu 1 il müddətinə məhdudlaşdırmaqla, 15 gün müddətinə inzibati həbs olunması barədə qərar qəbul edib.

Bizimlə əlaqə saxlayın

birbank