12 
01
22
17:42
276

Qayda pozanları çəkməyə "protiv" gedən BNA əməkdaşı - VİDEO

12, 01, 22
17:42
276

Qayda pozanları çəkməyə "protiv" gedən BNA əməkdaşı - VİDEO

PATRUL.AZ izləyicimizin qaynar xəttimizə göndərdiyi videogörüntü #99AR244 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan BNA əməkdaşının guya qayda pozanlara qarşı qanuni mübarizə apardığını, lakin özünün daha böyük təhlükə yaşatdığını sübut edir. Keykab Xanım Səfəralıyeva küçəsində dayanma-durma qaydalarını pozan avtomobilləri çəkən, onlara cərimə yazan əməkdaş özü birtərəfli yolda hərəkətin əksinə gedir. Halbuki burada dayanma-durma qaydalarını pozmaq ən pis halda hərəkətin sıxlığına gətirib çıxara bilər, birtərəfli yolda hərəkətin əksinə getmək isə birbaşa qəza təhlükəsidir, faciə səbəbi ola bilər. Elə əbəs yerə deyil ki, qanunla belə halda dayanma-durma qaydalarını pozan sürücüyə 20 manat cərimə nəzərdə tutulduğu halda, hərəkətin əksinə gedən üçün 100 manat və 4 cərimə balı nəzərdə tutulub.

Onu da qeyd edək ki, BNA əməkdaşlarının xidməti avtomobilləri operativ nəqliyyat vasitəsi deyil. Hətta operativ nəqliyyat vasitəsi sürücüləri belə sayrışan işıq və səs siqnalını qoşmadan qayda poza bilməzlər. Məsələ ilə bağlı BNA rəsmiləri açıqlama vermək istəsə patrul.az olaraq işıqlandırmağa hazırıq. Biz isə onların yadına bir məsəli salmaq istərdik. "Öz gözünüzdə tiri görmürsünüz, başqalarının gözündə çöp axtarırsınız".

Bizimlə əlaqə saxlayın

birbank