12 
01
22
17:13
246

Bayraqla maşınını silən taksi sürücüsü saxlanıldı - VİDEO

12, 01, 22
17:13
246

Bayraqla maşınını silən taksi sürücüsü saxlanıldı - VİDEO

Dünən yaşlı bir kişinin bayraqla avtomobil təmizləməsinin videosunu paylaşmışdıq. 

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib.

Bunu PATRUL.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru Zeyni Hüseynov deyib.

Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan S.Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.

S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər bir kəsdən üzr istəyib və peşman olduğunu söyləyib.


Bizimlə əlaqə saxlayın

birbank