22 
12
21
11:00
275

Şabranda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıblar

22, 12, 21
11:00
275

Şabranda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıblar

Şabran RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrdən istifadə edərək  avtomobil idarə edən şəxslər saxlanılıblar.


Bu barədə PATRUL.AZ-a Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.


Belə ki, rayon sakinləri Təbriz Cavadov və Fəqan Səfərəliyevin  idarə etdiyi avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yaranıb.  Həmin şəxslər RPŞ-ə gətirilərək həkim müayinəsindən keçiriliblər. Hər iki şəxsin  narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib. 


Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.



Bizimlə əlaqə saxlayın

birbank