21 
12
21
17:55
366

Ağsuda “patı” çəkib, avtomobil idarə edən şəxs həbs olunub

21, 12, 21
17:55
366

Ağsuda “patı” çəkib, avtomobil idarə edən şəxs həbs olunub

Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı psixotrop maddənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan PATRUL.AZ-a verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşları “QAZ-24” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi versələr də, o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı avtomobili sürücülük hüququ olmadan idarə edən Vüsal Quliyevin narkotik vasitənin təsiri altında olmasına dair şübhələr yaranıb. Bu səbəbdən həmin şəxs polis şöbəsinə gətirilib və müayinə zamanı onun psixotrop maddə olan metamfetamin (patı) qəbul etdiyi məlum olub.

V.Quliyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

birbank