17 
12
21
09:30
189

“Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin Hacıqabuldan olan fəal iştirakçısı mükafatlandırılıb - FOTO

17, 12, 21
09:30
189

“Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin Hacıqabuldan olan fəal iştirakçısı mükafatlandırılıb - FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində fəal iştirak etmiş Hacıqabul rayonundan olan məktəbli mükafatlandırılıb.

Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan PATRUL.AZ-a verilən məlumata görə, uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmasının qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədilə keçirilən rəsm müsabiqəsində respublikanın bütün bölgələrindən olduğu kimi, Hacıqabul rayonundan da məktəblilər fəal iştirak ediblər.

Onlar arasında fərqlənən rayonun Xilə kənd ümumi orta məktəbin 4-cü sinif şagirdi Qənbərli Əsbət Əsgər qızı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

Hacıqabul Rayon Təhsil Şöbəsində keçirilən tədbirdə RPŞ-nin DYP Bölməsinin rəisi, polis mayoru İlqar Hüseynov məktəbli ilə görüşərək, təltif olunduğu mükafatı ona təqdim edib. Məktəblini bir daha təbrik edən polis əməkdaşı, ona təhsillərində uğurlar arzulayıb.





Bizimlə əlaqə saxlayın

birbank