16 
12
21
18:30
262

Məktəbin önündə təhlükə yaradan sürücü həbs olundu - VİDEO

16, 12, 21
18:30
262

Məktəbin önündə təhlükə yaradan sürücü həbs olundu - VİDEO

Bir neçə gün öncə Patrul.az qaynar xəttinə göndərilən videogörüntü əsasında xəbər vermişdik ki, #10TP304 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Maştağa qəsəbəsində,  255 saylı orta məktəbin qarşısında şagirdlərin də ətrafda olduğu ərazidə təhlükəli hərəkətlərə yol verib. 

Bakı Şəhəri Dövlət Yol Polisi idarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli faktla bağlı bildirdi ki, hadisə ictimailəşdikdən sonra Sabunçu rayonu DYPŞ-nin əməkdaşları dərhal araşdırmaya başlayıb və məlum olub ki, 03.11.2021 tarixində, 12:15 radələrində Baxşıyev Rövşən Hafis oğlu sürücülük vəsiqəsi olmadan #10TP304 dövlət qeydiyyat nişanlı,  VAZ21043 markalı avtomobillə avtoxuliqanlıq əməli edib və aidiyyatı üzrə toplanmış material Sabunçu rayon məhkəməsinə qərar qəbul edilməsi üçün təqdim edilib. Sürücü, İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.1.2 maddələri ilə təqsirli bilinərək 15 sutka həbs olunmaqla bir il müddətinə sürücülük hüququndan məhrum edilib.

Bir daha sürücüləri qaydaları pozmamağa,  özlərinə və ətrafdakı insanların həyatını təhlükəyə atan ictimai  təhlükəli əməllərdən çəkinməyə çağırırıq.


Bizimlə əlaqə saxlayın

birbank