16 
12
21
14:58
328

Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər həbs ediliblər

16, 12, 21
14:58
328

Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər həbs ediliblər

Xaçmaz RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.


Bu barədə PATRUL.AZ-a Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.


Belə ki, Sumqayıt şəhər sakini Yaşar Abbasovun  idarə etdiyi “Daewoo” və rayon sakini Rəşad Abdurəhmanovun idarə etdiyi “QAZ 33021” markalı avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri  və eyni zamanda hər iki şəxsin sürücülük vəsiqələrinin olmadığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər   barəsində  protokollar tərtib olunub və Xaçmaz rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs ediliblər.


Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.



Bizimlə əlaqə saxlayın

birbank