15 
12
21
19:19
413

Füzuli küçəsində təkər qaldıran sürücü həbs olundu - VİDEO

15, 12, 21
19:19
413

Füzuli küçəsində təkər qaldıran sürücü həbs olundu - VİDEO

Bir neçə gün əvvəl Patrul.az olaraq "toy kartecində şou göstərənlər" başlıqlı xəbər vermişdik. Kortecdə #90GY114 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü intizamsızlığı ilə xüsusi seçilirdi. Həmin xəbərdə onun şəhərin müxtəlif küçə və prospektlərində təhlükəli qayda pozuntularına yol verdiyi öz əksini tapmışdı. Xəbərdən bir müddət sonra isə qaynar xəttimizə həmin sürücünün Füzuli küçəsində təhlükəli qayda pozuntularına yol verdiyi,  bir neçə dəfə avtomobili iki təkər üzərinə qaldırdığının görüntüləri göndərilmişdi. 

Biz də xəbərin sonunda aidiyyatı qurumlara müraciət edərək bu sürücü kiminsə həyatına son verməmiş, əmlakına zərər verməmiş onun barədə qanunamüvafiq tədbirlər görülməsinin labüd olduğunu bildirmişdik. 

Artıq məsələ ilə bağlı Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən patrul.az qaynar xəttinə bildirilib ki, paylaşdığımız xəbərlər, xəbərlərdəki görüntülər araşdırılıb. #90GY114 dövlət qeydiyyat nişanlı VAZ21074 markalı avtomobili sürücülük vəsiqəsi və etibarnaməni olmadan idarə edən İsmayılov Fariz Fazil oğlu İnzibati Xətalar Məcəlləsinin 511.1.2 və 511.1.3 maddələri ilə təqsirli bilinərək barəsində bir il sürücülük hüququndan məhrum edilməklə bir ay İnzibati həbs qərarı verilib. Ümid edirik ki, bu bir ay həbs müddəti həmin sürücü üçün ibrət olar, daha belə hallara yol verməz.

Bizimlə əlaqə saxlayın

birbank