15 
12
21
17:25
226

Narkotikin təsiri altında avtomobil idarə edən bir neçə şəxs həbs olunub

15, 12, 21
17:25
226

Narkotikin təsiri altında avtomobil idarə edən bir neçə şəxs həbs olunub

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba və Hacıqabul-Horadiz yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək tutulub.

PATRUL.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı-Quba yolunun Binəqədi rayonu ərazisində yerləşən Ekoloji Nəzarət Bölüyü postunda Bakı şəhər sakinləri Novruz Qasımovun idarə etdiyi “Hyundai” və Musa Tağıyevin idarə etdiyi “Chevrolet”, Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisində yerləşən postunda isə Bakı şəhər sakini Fərid Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. M.Tağıyev polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci, F.Əliyev və N.Qasımov barəsində isə 327.1 və 333.1-ci maddələri ilə protokollar tərtib olunub.

Abşeron Rayon Məhkəməsinin qərarları ilə M.Tağıyev 25 gün müddətinə inzibati qaydada həbs, N.Qasımov altı ay müddətinə, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə isə F.Əliyev altı ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

birbank