15 
12
21
16:49
172

DYP Gəncədə reyd keçirib - FOTO

15, 12, 21
16:49
172

DYP Gəncədə reyd keçirib - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan PATRUL.AZ-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir neçə “BMW” və  “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkar edilib. Belə ki, araşdırmalar zamanı həmin avtomobillərdə çoxavazlı səs siqnalları, şüşələrində isə görməni məhdudlaşdıran plyonkalar müəyyən edilib. Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara Yol Hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.



Bizimlə əlaqə saxlayın

birbank