11 
12
21
09:40
223

Gəncədə “avtoş”lara qarşı reyd keçirilib - FOTO

11, 12, 21
09:40
223

Gəncədə “avtoş”lara qarşı reyd keçirilib - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan PATRUL.AZ-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir neçə VAZ markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkar edilib.

Bundan başqa araşdırmalar zamanı bəzi sürücülərin şəhər ərazisində təhlükəli manevrlər edərək, ictimai-asayişi nümayişkaranə şəkildə pozub. Qanunazidd hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə paylaşılması vətəndaşların haqlı narazılığına səbəb olub.

DYP əməkdaşları bir daha həmin sürücülər ilə profilaktiki söhbətlər aparıb, onlara yol hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.







Bizimlə əlaqə saxlayın

birbank