10 
12
21
19:21
251

Novbəti qayda pozanlar silsiləsi - VİDEO

10, 12, 21
19:21
251

Novbəti qayda pozanlar silsiləsi - VİDEO

Patrul.az qaynar xəttinə növbəti qayda pozan sürücülərin videogörüntüləri göndərilib. 
 
#99KZ542 DQN-lı avtomobilin sürücüsü 27 dekabr, 12:27 radələrində Ələsgər Qayıbov küçəsində zolaqlar üzrə yerdəyişmə, birtərəfli yolda ötmə qaydalarını pozub. 

#10OC202 DQN-lı avtomobilin sürücüsü Fətəli Xan Xoyski və Əliyar Əliyev küçələrinin kəsişməsində svetoforun qırmızı işığında hərəkəti davam etdirib. 

#99TB771 DQN-lı avtomobilin sürücüsü 4 dekabr, 21:15 radələrində köməkçi yoldan baş yola çıxarkən baş yolda olan avtomobilə yol verməyib. 

#10GR221 DQN-lı avtomobilin sürücüsü 8 dekabr, 08:10 radələrində Zabrat-Sabunçu yolunda 1.3 nişanlanma xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxıb və axına qarşı hərəkət edib. 

#10HH989 DQN-lı avtomobilin sürücüsü 8 dekabr, 16:25 radələrində Nəsibbəy Yusifbəyli küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində əvvəlcə 1.3 nişanlanma xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxıb və daha sonra svetoforun qırmızı işığında hərəkəti davam etdirib.

Bizimlə əlaqə saxlayın

birbank