10 
12
21
19:11
368

Gəncədə baş verənlərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

10, 12, 21
19:11
368

Gəncədə baş verənlərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Patrul.az olaraq "Gəncə yollarında nələr baş verir" başlığı ilə xəbər paylaşıb, qaynar xəttimizə gələn mütəmadi müraciətlər, qısa müddətdə iki azyaşlı sürücünün iştirakı ilə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi, ayrı-ayrı sürücülərin qaydaları heçə sayması, hələ bu azmış kimi bunu sosial şəbəkələrdə paylaşması ilə bağlı xəbər verərək Gəncədə vəziyyətin ürəkaçan olmamasını bildirmişdik. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Patrul.az"-a rəsmi açıqlama verib. 

Açıqlamada deyilir:

"Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları, respublikanın digər şəhər və rayonlarında olduğu kimi şəhər ərazisində hərəkətin təhlükəsizliyinin təmin olunması və piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi olaraq monitorinq xarakterli tədbirlər həyata keçirir. Bu tədbirlərə xüsusi vasitələrlə şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi və xüsusi avadanlıq vasitəsilə yol hərəkəti qaydalarını pozan şəxslərin məsuliyyətə cəlb olunması da aiddir. Videoda dövlət qeydiyyat nişanı qeyd olunan avtomobil barəsində bildirmək istəyirəm ki, cari ilin noyabr ayında yol hərəkəti qaydalarını pozaraq qoşa xəttin tələbini pozduğuna görə inzibati xətalar məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb olunub. Bunnan başqa, aparılan tədbirlər çərçivəsində vətəndaşların sürücülük hüququ olmadan və yaxud da azyaşlı şəhər sakinlərinin avtomobili idarə etməsinə qarşı da mübarizələr təşkil edir. Bununla bağlı istər profilaktiki tədbirlər həyata keçirilir, məktəblərdə valideynlərlə, məktəblilərlə görüş keçirilir, yol hərəkəti nişanları barəsində məlumat verilir. Valideynlərə azyaşlı övladlarına avtomobil verməmələri barəsində profilaktiki söhbətlər aparılır. İstərsə də mütəmadi olaraq şəhər ərazisində monitorinqlər keçirilir və bu hal rast gəlinərsə, həmin azyaşlını valideyni ilə söhbətlər aparılır və onlar məsuliyyətə cəlb olunur. Lakin, mən bir daha valideynlərdən xahiş etmək istəyirəm ki, yol polisinin mübarizəsi çərçivəsində onlar özləri də bizə bu işdə köməklik göstərsinlər. Sürücülük hüququ olmayan, xüsusən də azyaşlı övladlarına avtomobil verməsinlər. Əfsuslar olsun ki, bunun nəticələri barədə artıq mütəmadi olaraq mətbuatda məlumatlar dərc olunur. Baş verən yol nəqliyyat hadisələri barəsində kütləvi informasiya vasitələrində malumatlar qeyd olunur. Valideynlər öz övladının gələcəyinin xoşbəxt və sağlam olmasını istəyirsə, yetkinlik yaşına çatmayana qədər, sürücülük hüququ əldə etməyənə qədər övladlarına avtomobil verməməsi xahiş olunur. Bildirmək istəyirəm ki, bu sahədə tədbirlər Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən bundan sonra da davam etdiriləcək."

Biz də "Patrul.az" olaraq Eşqin Qasımovun bu açıqlamasını tam səmimi qəbul edirik. İnanırıq ki, həqiqətən də maarifləndirici və profilaktik tədbirlər görülür. Amma biz bu tədbirlərin nəticələrinin müsbət təsirini statistikada da görmək istəyirik. Ən əsası isə Gəncə sakinləri yollarda təhlükəsiz, rahat hərəkət etmək istəyirlər. Bu bir vətəndaş olaraq onların haqqıdır.


Bizimlə əlaqə saxlayın

birbank