10 
12
21
17:57
306

Toy kartecində şou göstərən sürücünün novbəti görüntüləri - VİDEO

10, 12, 21
17:57
306

Toy kartecində şou göstərən sürücünün novbəti görüntüləri - VİDEO

Bir neçə gün əvvəl "toy kartecində nömrəsiz şou göstərənlər" başlığı ilə xəbər paylaşmışdıq. Görüntülərdə bir neçə sürücünün avtomobilin dövlət qeydiyyat nişanlarını çıxararaq kartec boyu ağlasığmaz qayda pozuntuları,  avtoxuliqanlıq hərəkətlərinə yol verdiyi öz əksini tapmışdı. #90GY114 dövlət qeydiyyat nişanlı "VAZ2107" markalı avtomobilin sürücüsünün isə intizamsızlığı ilə xüsusi seçildiyini, onun ayrı-ayrı vaxtlarda şəhərin müxtəlif yerlərində belə hallara yol verdiyini vurğulamışdıq.

Xəbər Patrul.az İnstagram səhifəsində paylaşıldıqdan sonra onun silinməsini xahiş etmək üçün çoxsaylı zəng və mesajlar aldıq. Ancaq bunun mümkünsüzlüyünü hər birinə bildirdik. Bir nəfər isə burada xüsusən dırnaqarası canfəşanlıq etməyə başladı. Özünü #90GY114 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün dostu kimi təqdim edən şəxs əvvəlcə bizdən videogörüntünü silməyi xahiş etdi. Bu xahişin gerçəkləşməsinin mümkün olmayacağını biləndən sonra "orada həmin avtomobilin nömrəsi görünmür, bu başqa avtomobildir" yalanına baş vurdu. Halbuki bizə yaxın olan mənbələrdən tam əminik ki, o avtomobilin dövlət qeydiyyat nişanı məhz #90GY114-dür. Xahişinin və yalanının keçmədiyini görən həmin şəxs daha sonra məşhur bir siyasətçinin adını çəkərək vurğuladı ki, həmin siyasətçi onun dostudur deyə ondan xahiş edəcək ki, öz çıxışlarında bizim adımızı mənfi mənada hallandırsın.

Bu cavaba da "ürəyin necə istəyir elə" cavabını verdik. Axırıncı variant kimi isə bizi guya yalan məlumat paylaşdığımızla əlaqədar məhkəməyə verəcəyi ilə təhdid edəndə "bu hər bir şəxsin konstitusion haqqıdır, istəsəniz məhkəməyə müraciət edin, biz də öz dəlillərimizlə məhkəmədə görüşək" cavabını aldı. Təbii ki, təxmin etdiyimiz kimi o gündən sonra həmin şəxsdən bir xəbər çıxmadı. Amma biz yenə də bildirək ki, bütün xəbərlərdə faktlara əsaslanırıq. Məsələn Füzuli küçəsində qeydə alınan bu avtoxuliqanlıq görüntülərinə diqqətlə baxın. Nömrəsi açıq-aşkar görünən #90GY114 dövlət qeydiyyat nişanlı avtomobil məhz kortecdə şou göstərən həmin avtomobildir.

Ümid edirik ki, bu avtomobilin sürücüsü növbəti şoularında kiminsə ölümünə, xəsarət almasına, avtomobilinin zərər görməsinə səbəb olmamış DYP rəsmiləri bu sürücü barədə qanunamüvafiq tədbirlər görərlər.  

Hə, sonda onu da bildirək ki, bu xəbərdən sonra da xahiş, minnət, şantaj, təhdid və digər təkliflər üşün zəng etmək fikriniz olsa özünüzü boşuna yormayın. Məhkəməyə müraciət etmək fikriniz olarsa bunu səbrsizliklə gözləyirik. Sizə indidən söz veririk ki, məhkəmənin gedişatı və sonu barədə də tam təfərrüatlı xəbər hazırlayacağıq.


Səməndər Niftəliyev
Elcan Teymurlu
Gülnar Ələmdarqızı

Bizimlə əlaqə saxlayın

birbank