08 
12
21
14:06
506

Gəncə yollarında nələr baş verir? - VİDEO

08, 12, 21
14:06
506

Gəncə yollarında nələr baş verir? - VİDEO

Patrul.az qaynar xəttinə Gəncədə yaşayan bir çox izləyicimiz tərəfindən mütəmadi şikayətlər gəlir. Xüsusən silsilə qayda pozuntuları videolarından sonra bildirirlər ki, Gəncədə vəziyyət daha acınacaqlıdır. Yollarda intizamsız avtomobil idarə edənlər çoxdur. Sadəcə Bakıya nisbətən orada avtomobillərdə videoregistratorun az olması, həm də qayda pozanı, təhlükə yaradanı qınamaq əvəzinə onu paylaşanı daha çox qınamaqları belə halların ictimailəşməməsinə səbəb olur. 

Məsələn qısa zamanda Gəncədə artıq ikinci hadisədir ki, sükan arxasında olan azyaşlı ölümlə nəticələnən qəzaya səbəb olur. Bir-neçə gün əvvəl sükan arxasında olan 16 yaşlı yeniyetmə özünün və 13 yaşlı qızın ölümünə səbəb olmuşdu. Bir müddət əvvəl də Gəncədə azyaşlı VAZ sürücüsü idarəetməni itirərək ağaca çırpılıb hadisə yerində dünyasını dəyişmişdi. Hələ bu xəsarətlə, ölümlə nəticələnən hallardır ha. Görəsən məlum olmayan neçə-neçə hadisələr var? Bəs sükan arxasında olan azyaşlılar necə əmin olurlar ki, YPX əməkdaşları onları saxlamayacaq, görməyəcək, görsə göz yumacaq?

Göz yummaq demişkən, elə bu xəbəri hazırlamaq üçün tik-tok sosial şəbəkəsinə qısa baxış keçirdik. 

Məsələn "20EE206" profilinin sahibi elə #20EE206 dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncədə, Bakıda demək olar ki, pozmadığı böyük qayda pozuntusu qalmayıb. Əks yola çıxmaq, avtomobillərin arasından ziqzaqvari hərəkət etmək, zolaqlar üzrə yerləşmə, yerdəyişmə qaydalarını pozmaq və s. Görəsən Gəncədə yollara kameralarla, xidməti avtomobillərlə nəzarət etməli olan əməkdaşlar bu və bunun kimi sürücüləri görmür? Yoxsa gözləyirlər ki, hansısa sürücü növbəti dəfə bir məmurun avtomobilinə zərər yetirsin, hansısa vəzifəli şəxsi vursun, axına qarşı hərəkət edərkən ona təhlükə yaratsın, ondan sonra hərəkətə keçsinlər? 

Amma əslində o azyaşlı sürücünün vurub həyatına son qoyduğu 13 yaşlı qıza elə hamımız öz övladı, bacısı, əzizi qədər ağrımalı, ağlamalıyıq axı. 

Belə sürücülərlə mübarizə aparmağın vaxtıdır, yoxsa "bacarana can qurban" deyib, nəyinsə qarşılığında olanlara göz yumub növbəti qurbanların kim olacağını gözləyək?

Bizimlə əlaqə saxlayın

birbank