08 
12
21
10:45
271

Yol polisi təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı tədbir keçirib

08, 12, 21
10:45
271

Yol polisi təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı tədbir keçirib

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə bağlı nəzarət-profilaktiki tədbir keçirib. 


Bu barədə PATRUL.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, növbəti dəfə keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq cihazları və səs siqnallarından istifadə qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb.


Keçirilən reydlərin sürücülərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı onlara izah olunub, yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.







Bizimlə əlaqə saxlayın

birbank