21 
11
21
16:22
355

Qaydanı pozan “AA” ilə bağlı Yol Polisindən AÇIQLAMA: “Umacaq, qorxacaq yerimiz yoxdu”

21, 11, 21
16:22
355

Qaydanı pozan “AA” ilə bağlı Yol Polisindən AÇIQLAMA: “Umacaq, qorxacaq yerimiz yoxdu”

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb.
 
Bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub.
 
Söhbət 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.
 
Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?
 
Qısa araşdırma aparılıb. Bəlli olub ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. İddialara görə klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.
 
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələ ilə bağlı PATRUL.AZ-a açıqlama verib:
 
"Cəmiyyətimizdə belə bir baxış var ki, AA seriasıdırsa deməli, hansısa nazirliyindir. AA serialı avtomobillər nə qayda pozuntusu edirsə qanun qarşısında cəzalanıdırır. Hazırda elektron qaydada olan qayda pozuntuları xüsusi kameralar vasitəsilə aşkarlanır. O da nə "AA"-ya nə də "BA"-ya baxır, avtomatik rejimdə cərimələr sistemə ötürülür.
 
Vətəndaşı hər hansı əməkdaşımız saxlayanda inzibati pratakolu açır və təqdim edir. Heç vaxt eşitməmişik, hansısa millət vəkili desin ki, "mənə niyə protokol yazıblar axı millət vəkili idim".
 
Bizim hansısa "AA"-dan umacaq, qorxacaq yerimiz yoxdur. Yol polisin işi inzibati qayda pozuntusunu aşkarlamaq və 50 manat, 100 manat olan cəriməni yazmaqdır. AA - lar isə o cəriməni hamıdan qabaq gedib ödəyirlər.
 
Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Burada şəxsin daşıdığı hansısa vəzifə, status onun məsuliyyətdən yayınması üçün əsas deyil.

Bu baxımdan yol hərəkəti qaydaları hamı üçün qanun halı kimi qorunur və qayda pozulmasına uyğun olaraq cərimələnir".

Bizimlə əlaqə saxlayın

birbank