21 
11
21
14:27
204

Bakıda tez-tez qaydanı pozan 90 AA 013 nömrəli "Maybach" görün kimin imiş - FOTO/VİDEO

21, 11, 21
14:27
204

Bakıda tez-tez qaydanı pozan 90 AA 013 nömrəli "Maybach" görün kimin imiş - FOTO/VİDEO

Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub.

PATRUL.AZ xəbər verir ki, Manşet.az məsələ ilə bağlı araşdırma edib. Nəticədə lüks avtomobilin məşhur xanım iş qadınlarından birinin olduğunu öyrənib.

"Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir. Bu haqda saytlarda da məlumat dərc olunub. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir? Maşet.az-ın araşdırmasından sonra 90 AA 013 dövlət nömrə nişanlı avtomobilin "İdeal" Tibb Şirkətinə məxsus olduğu aydın olub. "İdeal" Tibb Şirkəti həmdə əvvəlki adı "Baku", indiki adı "Diamed" və "Diamed-Co" adlı ilk şpris zavodunu da özündə birləşdirir. Tibb Şirkətinin sahibi hazırda məşhur iş qadını Aytən Quliyevadır. 

Bəzi məlumatlarda klinikanın əsl sahibi AMEA-nın prezidenti Ramiz Mehdiyev göstərilsə də, Manşet.az-ın araşdırmasında "İdeal" Tibb Şirkətinin və onun tərkibində olan klinikaların əsl sahibinin Azərbaycanda nazirliklərdən birində yüksək post tutan şəxslərdən birinin olduğu məlum olub. Aytən Quliyeva isə həmin şəxsin həyat yoldaşıdır.



Bizimlə əlaqə saxlayın

birbank