16 
10
21
20:16
288

DYP-dən yenilik. Sürücülər bu yolla da maarifləndiriləcək - VİDEO

16, 10, 21
20:16
288

DYP-dən yenilik. Sürücülər bu yolla da maarifləndiriləcək - VİDEO

Bakı Şəhəri Dövlət Yol Polisi idarəsi sürücülərin maarifləndirilməsi, baş vermiş hadisələrdən ibrət götürməsi, qəzaların azalması, yollarda təhlükəsizliyin artırılması üçün növbəti yeniliklər edib.

Bu barədə idarənin baş inspektoru Araz Əsgərli PATRUL.AZ üçün xüsusi müsahibə verib.

Araz Əsgərli bildirib ki, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi idarəsi qarşısında qoyduğu əsas tələblərdən biri hərəkətin təhlükəsizliyinin təbliğ olunmasıdır. Bakı Şəhəri Dövlət Yol Polisi idarəsi də daim buna çalışıb. Bu sahədə növbəti yenilik kimi idarəyə gələn vətəndaşların həm rahat gözləməsi üçün şərait yaratmaq, həm də gözləmə vaxtını səmərəli keçirməsi üçün idarələrdə gözləmə zalları yaradılır. Xüsusi monitorlar quraşdırılaraq orada maarifləndirici videolar, baş vermiş qəzalar, yol hərəkəti təşkilinə aid videolar paylaşılacaq. İlk belə gözləmə zalı artıq Nəsimi rayonu DYP idarəsində yaradılıb və tədricən digər inzibati binalarda da davam etdiriləcək. Sonda Bakı Şəhəri Dövlət Yol Polisi idarəsi sürücüləri bir daha qaydalara əməl etməyə səsləyir. Bu ən əsas sizin öz təhlükəsizliyiniz üçün vacibdir.

Bizimlə əlaqə saxlayın

birbank