16 
10
21
18:32
256

İnsan həyatını bir manatdan ucuz tutan sürücü - VİDEO

16, 10, 21
18:32
256

İnsan həyatını bir manatdan ucuz tutan sürücü - VİDEO

İzləyicimizin PATRUL.AZ qaynar xəttinə göndərdiyi videogörüntü 14 oktyabr,  04:35 radələrində,  yəni sutkanın qaranlıq vaxtı qeydə alınıb.  #01BJ659 dövlət qeydiyyat nişanlı avtomobilin arxasında heç bir işıq yanmır. Hər hansı sürücü bunu görməsə, yaxud gec görsə necə olacaq? Məsələn onun arxası ilə gələn avtomobil 60 km/saat sürətlə gəlsə burada qəza qaçınılmaz olacaq axı. Çünki işıqların vurma məsafəsi tormoz yolundan daha az olacaq. Burada "bəlkə kasıbdır,  imkanı yoxdur" və s. bəhanələri də yersizdir. Çünki o lampaların uzağı bir manat qiyməti var. Hamısının da birdən xarab olması demək olar mümkünsüzdür. Burada sadəcə bir səbəb var. Bu sürücü insan həyatını bir manatdan da ucuz hesab edir.

Bizimlə əlaqə saxlayın

birbank