28 
09
21
20:11
493

Yol Polisindən valideynlərə müraciət - VİDEO

28, 09, 21
20:11
493

Yol Polisindən valideynlərə müraciət - VİDEO

Bakı şəhər Dövlət yol Polis İdarəsi yeni dərs ilinin başlaması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə PATRUL.AZ-a BŞDYPİ-nin  Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr bölməsinin inspektoru polis leytenantı Rüstəm Əhmədli açıqlama verərək bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 29-da orta təhsil müəssisələrinin yerləşdiyi küçə və yollarda, xüsusilə də paytaxt ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağı gözlənilir.

Bunları nəzərə alaraq, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarından xahiş edir ki, şagirdləri məktəbə aparan valideynlər küçə və yollarda təhlükəsiz hərəkət qaydalarına, övladlarını məktəbə avtomobillərlə aparan sürücülər həmin ərazidəki dayanma, durma və parklanma qaydalarına mütləq riayət etməlidirlər. İctimai nəqliyyat vasitələrindən istifadə edən valideynlərə isə tövsiyəmiz ondan ibarətdir ki, sosial məsafəni saxlasınlar, tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarına ciddi riayət etsinlər.

Ümid edirik ki, məktəblilərin təhlükəsizliyinin təmin olunması, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün hər bir hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq və üzərinə düşən vəzifəni yerinə
yetirməklə ilk dərs günündə azyaşlı məktəblilərə yollarda çətinlik yaşatmayacaq, eləcə də polisin gördüyü tədbirlərə yardımçı olaraq koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasında vətəndaşlıq mövqeyini nümayiş etdirəcək.

Bizimlə əlaqə saxlayın

birbank