28 
09
21
20:01
174

Digər avtomobil sürət həddini aşsa da cərimə başqasına yazılıb? - VIDEO

28, 09, 21
20:01
174

Digər avtomobil sürət həddini aşsa da cərimə başqasına yazılıb? - VIDEO

#99DF352 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü öz elektron kabinetində 16 sentyabr,  09:39 radələrində Bakı-Ələt yolunun 67.8 kilometrliyində, icazə verilən maksimum sürət həddi 90 km/saat olan yolda 104 km/saat sürətlə avtomobil idarə edib qayda pozduğu üçün cərimə olunduğu ilə bağlı bildiriş alıb. Lakin izləyicimiz PATRUL.AZ-a da göndərdiyi,  elektron kabinetində sübut kimi təqdim olunan videogörüntüdə görünür ki, həmin zaman ön hissəsində dövlət qeydiyyat nişanı olmayan ağ yük avtomobili onu ötüb keçir. Sözsüz ki, ötüb keçən nəqliyyat vasitəsi daha sürətlə hərəkət edər. Görünən odur ki, texniki səhv və ya digər səbəblərdən yük avtomobilinin sürücüsünün sürət  həddini aşması minik avtomobilinin sürücüsünə cərimə kimi yazılıb. İnanırıq ki, səlahiyyətli şəxslər tezliklə məsələni araşdırıb düzgün qərar qəbul edəcək.


Bizimlə əlaqə saxlayın

birbank