22 
09
21
17:07
168

Yeni dərs ilinin başlanması ilə əlaqədar DYP bir sıra tədbirlərə başladı - VİDEO

22, 09, 21
17:07
168

Yeni dərs ilinin başlanması ilə əlaqədar DYP bir sıra tədbirlərə başladı - VİDEO

Bakı Şəhəri Dövlət Yol Polisi idarəsinin mətbuatla əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Patrul.az"a bu barədə açıqlama  verərək bildirib ki, ənənəyə uyğun olaraq bu il də yeni tədris ilinin başlanması münasibətilə bir sıra tədbirlərə başlanıb. O bildirib ki, Dərs ilinin başlanması ilə əlaqədar azyaşlı uşaqların həyat və sağlamlığının yol nəqliyyat hadisələrindən qorunması üçün profilaktik tədbirlərin keçirilməsinə və təbliğat işinin yayımlanmasına artıq start verilib. 

Bildiririk ki, "Diqqət, usaqlar!" adı altında təhlükəsizliyi aylığı başlayıb. Eyni zamanda azyaşlı uşaqlara yol hərəkəti qaydalarına dair biliklərin verilməsi üçün bugün bir çox məktəblərdə Bakı Şəhər Dövlət Yol Polisinin təbliğat inspektorları iştirak edib. Xüsusilə ümumi istifadədə olan yollara bitişik məktəblərdə azyaşlı uşaqlarla görüşlər keçirilib, eləcə də müəllim və valideyn kollektivi ilə azyaşlı uşaqların həyat və sağlamlığının yol qəza hadisələrindən qorunması üçün diskussiya aparılıb. Həmçinin Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən hazırlanmış təbliğat xarakterli plakatlar da məktəblərin giriş hissəsinə yapışdırılıb. Beləliklə tədbirlər tərəfinizdən davam edir. Məqsədimiz təkcə inzibati tənbeh tədbirləri həyata keçirmək deyil, eləcə də təbliğat işini gücləndirməklə yol hərəkəti qaydalarının öyrədilməsidir. Ümumiyyətlə azyaşlı uşaqlara küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasında Bakı Şəhər Dövlət Yol Polisi və Bakı Şəhər Baş Təhsil İdarəsi tədris ili boyunca birgə fəaliyyət programı təsdiq edəcək və bu fəaliyyət proqramı üzrə də bu tədbirlər davam etdiriləcək. Eyni zamanda 20 sentyabrdan 20 oktyabradək isə "Diqqət, uşaqlar!" adı altında təhlükəsizliyi aylığı çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisinin və Bakı Şəhər Təhsil İdarəsinin müəllim valideyn və şagird kollektivi bu aparılacaq təbliğat işlərində iştirak edəcəklər.



Bizimlə əlaqə saxlayın

birbank