22 
09
21
16:42
185

“Məsuliyyətli Sürücülük və Məsuliyyətli İstehlak” üzrə təbliğata başlayıb - VİDEO

22, 09, 21
16:42
185

“Məsuliyyətli Sürücülük və Məsuliyyətli İstehlak” üzrə təbliğata başlayıb - VİDEO

“ASAN Könüllüləri” Təşkilatı və Carlsberg Azerbaijan “Məsuliyyətli Sürücülük 
və Məsuliyyətli İstehlak” üzrə təbliğata başlayıb.

Ölkəmizdə məsuliyyətli sürücülük və məsuliyyətli istehlakın vacibliyini artırmaq 
məqsədi ilə tədbir keçirilib. “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata 
keçirilən tədbirdə Dövlət Yol Polisinin şöbə rəisi, polkovnik Vaqif Əsədov, Carlsberg 
Azerbaijan Şirkətinin nümayəndələri və media nümayəndələri iştirak edib.

22 sentyabr 2021-ci il tarixində baş tutan tədbirdə məsuliyyəli sürücülük və məsuliyyətli 
istehlak üzrə təşviqat fəaliyyətləri istiqamətində “ASAN Könüllüləri” Təşkilatı və
Carlsberg Azerbaijan şirkəti arasında uzunmüddətli əməkdaşlığa start verilib. 

Əməkdaşlı çərçivəsində qeyd olunan istiqamətdə Bakı, Gəncə, Sumqayıt, Bərdə, Quba
regionlarında yaşayan vətəndaşlar arasında, eləcədə rəqəmsal mühitdə maarifləndimə
işləri və həmçinin ölkədə ilbəil məlumatlılıq səviyəsinin artımının ölçülməsi üçün sorğu 
fəaliyətləri icra olunacaq. Tədbirdə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya 
Bayramova və Carlsberg Azerbaijan şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə
Əfəndi iştirak etmişdir.

Görüşdə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova çıxış edərək 
bildirmişdir: “Biz hər zaman “ASAN Könüllüləri” Təşkilatı olaraq könüllülərimizlə
birlikdə müxtəlif ekoloji, humanitar və sosial istiqamətlərdə tədbirlər və layihələr həyata 
keçiririk. Bu gün son dövrlərdə artan nəqliyyat hadisələrinə diqqət cəlb etmək məqsədi 
ilə bu tipli sosial maarifləndirmə tədbirlərinin icra edilməsini vacib hesab edirik.”

Carlsberg Azerbaijan şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi qeyd 
etmişdir: “Bildiyiniz kimi Carlsberg Group məsuliyyətli istehlak məsələsinə böyük 
diqqət ayırır və dünyada ən böyük pivə istehsalçıları ilə yanaşı GBRD (Global Beer 
Responsibility Day) təşəbbüsündə yaxından iştirak edir. Bu təşəbbüs çərçivəsində
“Məsuliyyətli istehlak və Məsuliyyətli Sürücülük” istiqamətində bir sıra layihələr 
həyata keçirmişdir.

“ASAN Könüllüləri” Təşkilatı ilə isə mövcud olan ekoloji istiqamətlərdə
əməkdaşlığımızı yeni müstəviyə daşımaq və gənclər arasında məsuliyyətli istehlak 
təbliğatına töhvə vermək arzusundayıq.”

Tədbirdə iştirak edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr 
şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə yol təhlükəsizliyi hadisələrində baş verən 
qəzaların səbəbinin içkili halda nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olduğunu 
bildirmişdir. Xüsusilə bu istiqamətdə ölkəmizdə əhalini məlumatlılığının artırılmasına 
ehtiyac olduğunu qeyd etmişdir.


Bizimlə əlaqə saxlayın

birbank