08 
09
21
16:29
197

Kasıblıq, yoxsa məsuliyyətsizlik? - VİDEO

08, 09, 21
16:29
197

Kasıblıq, yoxsa məsuliyyətsizlik? - VİDEO

İzləyicimizin PATRUL.AZ qaynar xəttinə göndərdiyi  mətni olduğu kimi səsləndiririk. 

30 avqust 2021 tarixində Bakıdan İmişliyə olan səfərimdə ailəm ilə birlikdə ağır yol nəqliyyat hadisəsi qurbanlarına çevrilirdik.

Sutkanın qaranlıq vaxtı saat 23:00 - 00:00 radələri arası saatda 100km/s sürət ilə hərəkət edirdim. Qarşıdan gələn avtomobilin işığı gözümə düşürdü və yolu yaxşı görmürdüm. (Deyəsən qarşıdan gələn avtomobilin işığı ksenon lampa idi)

Qarşıdan gələn avtomobil mənim yanımdan keçəndə artıq Döngədə idim və anidən gördümki qarşımda maşın gedir. Dərhal əyləci basdım xoşbəxtlikdən qarşıdan avtomobil gəlmirdi və mən qarşı zolağa çıxdım xəta sovuşdu.

Sutkanın qaranlıq vaxtı stop işıqları olmayan avtomobilin avtomagistrala və ya avtomobil yoluna çıxıb 90km/s olan yolda 50-60 km/s sürət ilə hərəkət etməyi nə dərəcədə düzgündür?

Allah hər birinizi xətadan bəladan qorusun!

Bəlkə də bəziləriniz yenə qayda pozanı yox, bu videonu paylaşan qınayacaqsınız. Hətta "kasıb adamdır, gücünüz ancaq kasıblara çatır" kimi rəylər yazıb, #90DO693 dövlət qeydiyyat nişanlı avtomobilin qayda pozana sürücüsünə haqq da qazandıracaqsınız.  Amma inanın bunun kasıblıqla əlaqəsi yoxdur. Bu avtomobilin stop işıqlarının lampası 40-50 qəpik, ən uzağı bir manatdır.  Bu sürücünün problemi kasıblıq yox, insan həyatını bir manatdan da ucuz tutmaqdır.

Bizimlə əlaqə saxlayın

birbank