08 
09
21
16:21
206

"Trendə qoşulan" sürücü və sərnişinə protokol tərtib olundu - VİDEO

08, 09, 21
16:21
206

"Trendə qoşulan" sürücü və sərnişinə protokol tərtib olundu - VİDEO

Patrul.az olaraq xəbər vermişdik ki, #99OP444 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobildə sərnişindaşıma qaydalarını pozmaqla təhlükəli qayda pozuntusuna yol vermişdi. Məsələ tərəfimizdən ictimailəşdirildikdən sonra Bakı Şəhəri Dövlət Yol Polisi idarəsinin mətbuatla əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov PATRUL.AZ qaynar xətti ilə əlaqə saxlayıb bildirdi ki, videogörüntü əsasında araşdırma aparılıb.

Qayda pozuntusu faktı öz əsasını tapıb. Daha sonra sürücü Hüseynov Asif Mübariz oğlu və avtomobildən çölə çıxan sərnişin idarəyə dəvət olunub, etdiyi hərəkətlərin yolverilməz olduğu izah olunub və onların barəsində inzibati protokol tərtib olunub. Hər ikisi etdiyi qayda pozuntularından səmimi peşmançılığını, bir daha belə qayda pozuntusuna yol verməyəcəklərini bildiriblər.



Bizimlə əlaqə saxlayın

birbank