20 
08
21
12:10
311

Yol polisi Cəlilabadda reyd keçirib - FOTO

20, 08, 21
12:10
311

Yol polisi Cəlilabadda reyd keçirib - FOTO

Cəlilabad rayonunda avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

PATRUL.AZ xəbər verir ki, bu məqsədlə Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə reydlər keçirilib.

Reyd zamanı sürücülərlə bir daha izahat işləri aparılaraq onların diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Müəyyən olunmuş standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.



Bizimlə əlaqə saxlayın

birbank