19 
08
21
23:38
468

Mopedi vurub hadisə yerindən "qaçan" sürücünün aqibəti - VİDEO

19, 08, 21
23:38
468

Mopedi vurub hadisə yerindən "qaçan" sürücünün aqibəti - VİDEO

Ötən gün PATRUL.AZ olaraq qaynar xəttimizə göndərilən videogörüntü əsasında Ukrayna dairəsində yol hərəkəti qaydalarını pozaraq mopedi vuran, hələ bu azmış kimi hadisə yerindən yayınan #90LY862 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat vermişdik. Xəbər PATRUL.AZ tərəfindən işıqlandırıldıqdan sonra Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsi dərhal araşdırmaya başlayıb. İdarənin mətbuatla əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov qaynar xəttimizlə əlaqə saxlayıb bildirdi ki, videogörüntü əsasında araşdırma başlanılıb və fakt öz əsasını tapıb.
#90LY862 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobili idarə edən Baloğlanova Sevda Fərman qızı və mopedi idarə edən Əkbərzadə Orxan Mübariz oğlu idarəyə dəvət olunub. Moped sürücüsü Ələkbərzadə Orxana tibbi müayinəyə getmək təklif olunsa da o hadisə zamanı xəsarət almadığını, yalnız mopedinə maddi ziyan dəydiyini bildirib. Hadisənin baş vermə səbəbi kimi avtomobil sürücüsünün yol hərəkəti qaydalarını pozduğu müəyyən olunub. Avtomobilin sürücüsü mopedə vurduğu maddi zərəri qarşılayıb. Daha sonra hər iki sürücüdən izahat alınıb. Moped sürücüsü izahatında dəymiş maddi ziyan ödənildiyi üçün əlavə heç bir tələb və şikayətinin olmadığını bildirir.  Avtomobil sürücüsü Sevda Baloğlanovaya isə törətdiyi qayda pozuntusuna uyğun olaraq inzibati protokol tərtib olunub. 

Biz də PATRUL.AZ olaraq məsələyə operativ reaksiya verdikləri üçün  Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinə öz təşəkkürümüzü bildiririk. Sürücüləri isə yollarda qayda pozmamağa, ehtiyatlı olmağa səsləyirik.


Bizimlə əlaqə saxlayın

birbank