22 
05
21
15:35
413

Avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşdı - VİDEO

22, 05, 21
15:35
413

Avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşdı - VİDEO

"fedya_015_" profili ilə "tik-tok" sosial şəbəkəsində videolar paylaşan gənc Bakı küçələrində kütləvi olaraq qayda pozub, avtomobillərin aralarındab keçməklə, zolaqlar üzrə necə gəldi yerdəyişmələr etməklə digər hərəkət iştirakçılarına təhlükə yaşadıb, narahatçılığına səbəb olub.

PATRUL.AZ xəbər verir ki, videogörüntülər Lada Priora markalı avtomobildən çəkilib və digər videolarda həmin şəxsin #99TM015 dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi əks olunub. İnanırıq ki, səlahiyyətli orqanlar onun bu videolarına, etdiyi qayda pozuntularının avtoxuliqanlıq, həmin videoların paylaşılaraq "avtoxuliqanlığın təbliğatı" olub-olmamasına hüquqi qiymət verərək qanunamüvafiq tədbirlər görəcək.


Bizimlə əlaqə saxlayın

birbank