22 
05
21
15:07
278

Sürücü və piyadalara qarşı reyd olub - FOTO

22, 05, 21
15:07
278

Sürücü və piyadalara qarşı reyd olub - FOTO

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində piyadalara yol verməyən sürücülər, eləcə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan PATRUL.AZ-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı piyada keçidlərində piyadalara yol verməyən sürücülər müəyyən edilib, onlarla profilaktiki söhbətlər aparılıb. Qayda pozuntusuna yol vermiş sürücülərə yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi çatdırılaraq, bir daha bu cür qayda pozuntularına yol verməmələri tapşırılıb.

Eyni zamanda, yol polisi əməkdaşları mövcud keçidlərdən istifadə etməyərək öz həyatları üçün ciddi təhlükə yaradan piyadaları saxlayıblar. Vətəndaşlarla maarifləndirici söhbətlər aparan inspektorlar, onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar veriblər.








Bizimlə əlaqə saxlayın

birbank