14 
12
19
18:22
525

Növbəti tədbir Yeni Həyat qəsəbəsində baş tutub

14, 12, 19
18:22
525

Növbəti tədbir Yeni Həyat qəsəbəsində baş tutub

DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Yeni Həyat qəsəbəsində yerləşən tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov bildirib ki, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkəmizin bütün regionlarında olduğu kimi Xaçmaz rayonunda da qətiyyətli tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, artıq rayon ərazisində zərərli maddələrin istifadəçisilərinin sayı xeyli azalmışdır. Lakin iradəsi zəif olan gənclər bu maddələrin insan səhətinə vurduğu zərərlərdən məlumatsız olduqlarından onlardan istifadə edir, alüdəçisinə çevrilirlər. Biz valideynlərin əsas vəzifələri isə onları bu cür maddələrdən uzaq tutmaq, sağlam gələcəkləri üçün var gücümüzlə çalışmaqdır. Buna görə də, istər hüquq mühafizə orqanlarının əməkdaşları, istərsə də rayon ziyalıları və sakinlər gələcəyimiz olan gəncləri bu bəladan qorumaq üçün cəmiyyət arasında maarifləndirmə işlərində fəal olmalı, narkotiklərə qarşı birgə mübarizə aparmalıyıq.

Erkən nigah və dini radikalizm mövzusuna da toxunan RPŞ-nin rəisi, cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumat verərək, belə halların savadsızlıq və dini mövhumat nəticəsində meydana gəldiyini vurğulayıb.

Görüşün sonunda məktəblilərə narkotik vasitələrin insan sağlamlığına mənfi təsiri ilə bağlı videoçarx nümayiş olunub.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank