14 
12
19
16:12
420

Sürücülərə şad xəbər: bu yolda işıqlandırma bərpa olundu - VİDEO - FOTO

14, 12, 19
16:12
420

Sürücülərə şad xəbər: bu yolda işıqlandırma bərpa olundu - VİDEO - FOTO

Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçən Muğanlı, Qarasu, Padar və  Sığırlı  yaşayış  məntəqələrin  əhatə edən  yol sahələrində bir neçə nöqtədə  piyadavurma  təhlükəsi yarandığını üçün  həmin yolun işıqlandırılması üçün DİN BDYPİ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib. Agentlik tərəfindən yuxarıda qeyd olunan yaşayış məntəqələrini əhatə edən  45 km yol sahəsində işıqlandırma bərpa edilib. Artıq 10 gündən  çoxdur ki, sözügedən kəndlərin ərazilərində  yollar tam olaraq  işıqlandırılır.

Prosesin davamlı olacağı, digər qəza  təhlükəli nöqtələri  təhlil edərək həmin ərazilərin  də işıqlandırılması  barədə aidiyyəti qurumlar qarşısında  vəsatət qaldırılacaq.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank