25 
09
23
21:02
224

Kadırov oğlunun təcridxanada məhbusu döydüyü görüntüləri yaydı - VİDEO

25, 09, 23
21:02
224

Kadırov oğlunun təcridxanada məhbusu döydüyü görüntüləri yaydı - VİDEO

Çeçenistanın rəhbəri Ramzan Kadırov öz Telegram kanalında oğlu Adam Kadırovun Quranı yandırdığına görə həbs edilən Nikita Juraveli döydüyü videonu yayımlayıb .

"Patrul.az xəbər verir ki, adırob oğlunun bu hərəkətindən qürur duyduğunu bildirib.

“Döyüb, düzgün edib. Üstəlik, inanıram ki, hər hansı bir Müqəddəs yazıya qəsd edən, o cümlədən onu nümayişkaranə şəkildə yandıran və bununla da böyük ölkəmizin on milyonlarla vətəndaşını təhqir edən hər kəs ağır cəzaya məruz qalmalıdır” - videonun şərhindəki mesajda qeyd olunub.

Qeyd edək ki, mayın 27-də Volqoqrad sakini 19 yaşlı Nikita Juravel Quranın yandırılması ilə bağlı dindarların hisslərini təhqir etməkdə ittiham edilərək Qroznı istintaq təcridxanasına aparılıb .

O, istintaq təcridxanasında Kadırovun 15 yaşlı oğlu tərəfindən zorakılığa məruz qaldığını bildirib. Rusiyada İnsan Hüquqları üzrə Ombudsman  Moskalkova yoxlamanın aparılmasına göstəriş verib. Juravel Qroznıdakı istintaq təcridxanasındadır. O, dindarların hisslərini təhqir etmək ittihamı ilə iki ay müddətinə həbs edilib.


Bizimlə əlaqə saxlayın

birbank