18 
09
23
13:25
205

Ərdoğan İlon Maska “Daha ədalətli bir dünya mümkündür” kitabını hədiyyə etdi

18, 09, 23
13:25
205

Ərdoğan İlon Maska “Daha ədalətli bir dünya mümkündür” kitabını hədiyyə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci iclası üçün ABŞ-a səfər edib.

Patrul.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdakı Türk Evində "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla görüşüb.

 Ərdoğan Türkiyənin kosmos proqramı çərçivəsində "SpaceX" ilə əməkdaşlıq imkanlarının ola biləcəyini qeyd edib. O, həmçinin  Maskı İzmirdəki TEKNOFEST sərgisinə dəvət edib.

Ərdoğan  İlon Maska “Daha ədalətli bir dünya mümkündür” kitabının ingiliscə versiyasını və “BMT-də İslahat: Beynəlxalq Əməkdaşlığa yeni bir yanaşma” kitabını hədiyyə edib. 

Maskın oğluna isə futbol topu hədiyyə edib.

Bizimlə əlaqə saxlayın

birbank