14 
09
23
21:04
139

Hindistan Ermənistana hərbi texnika verib

14, 09, 23
21:04
139

Hindistan Ermənistana hərbi texnika verib

Ermənistan Hindistandan 6 ədəd ATAGS 155 mm çaplı artilleriya qurğusu alıb.
Patrul.az” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “İndian Defence Research Wing” nəşri məlumat yayıb.

Yerli müdafiə şirkəti “Bharat Forge”nin rəhbəri Babu Kalyani bildirib ki, haubitsalar avqustun əvvəlində təhvil verilib.

Qeyd olunub ki, bu, imzalanmış müqavilə çərçivəsində Ermənistana gələn ilk partiyadır. Müdafiə müqaviləsi Ermənistana ümumi dəyəri 155,5 milyon dollar olan 90 ATAGS qurğusunun tədarükünü nəzərdə tutur.
Müqavilə əsasında növbəti üç il ərzində bu tipli əlavə 84 yedəkli haubitsa mərhələli şəkildə çatdırılacaq. Eyni zamanda qeyd olunur ki, “Bharat Forge” Ermənistana artilleriya sistemlərini vaxtından əvvəl çatdırmağı planlaşdırır.




Bizimlə əlaqə saxlayın

birbank