14 
09
23
16:06
109

BMT Liviyada daşqın qurbanlarının sayının çox olmasının səbəbini açıqlayıb

14, 09, 23
16:06
109

BMT Liviyada daşqın qurbanlarının sayının çox olmasının səbəbini açıqlayıb

Əvvəlcədən xəbərdarlıqlar edilsə və əhalinin təxliyəsi düzgün təşkil olunsa idi, Liviyada daşqın qurbanlarının sayının çox olmasının qarşısını almaq olardı.
"Patrul.az" xəbər verir ki, bunun BMT yanında Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Petteri Taalas deyib.

Onun sözlərinə görə, böhrandan zərər çəkmiş ölkənin səlahiyyətli orqanları arasında əməkdaşlıq daha yaxşı işləsəydi, xilasetmə qrupları insanların təxliyəsini vaxtında həyata keçirə bilərdi.
Xatırladaq ki, Liviyada daşqınlar nəticəsində azı 6000 insan həlak olub, 10000-ə yaxın şəxsin itkin düşdüyü bildirilir.

Bizimlə əlaqə saxlayın

birbank