26 
04
23
14:55
91

Ərdoğan azərbaycanlı polkovniki mükafatlandırdı - Fotolar

26, 04, 23
14:55
91

Ərdoğan azərbaycanlı polkovniki mükafatlandırdı - Fotolar

Prezident İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş Müdafiə Nazirliyinin hərbi tibb personalının rəhbəri Niyaməddin Ağamalıyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılıb.
Patrul.az” xəbər verir ki, Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə dövlət başçısı tibb xidməti polkovnikini “Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı” ilə təltif edib.
Qardaş ölkədə baş vermiş güclü zəlzələ nəticəsində  Azərbaycan Ordusunun hərbi tibb personalının Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə isə ambulator yardım göstərib.

Bizimlə əlaqə saxlayın

birbank