26 
04
23
14:29
113

Ərdoğanın son durumu açıqlandı

26, 04, 23
14:29
113

Ərdoğanın son durumu açıqlandı

Dünən canlı yayım zamanı halı pisləşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Patrul.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş açıqlama verib.
Onun sözlərinə görə, Ərdoğanın səhhəti yaxşıdır: “Bunların hamısı bu gün geridə qaldı. Prezidentimiz kifayət qədər sağlamdır. Öz günlük proqramına davam edəcək”.
Ərdoğan da, öz növbəsində tviter hesabında səhhəti ilə bağlı paylaşım edib. Türkiyə lideri həkimlərin tövsiyəsinə uyğun olaraq bu gün istirahət edəcəyini bildirib.
Xatırladaq ki, R. T. Ərdoğan aprelin 25-i yerli mediaya müsahibə verərkən özünü pis hiss edib və buna görə canlı yayım qısa müddətlik dayandırılıb. O, daha sonra bir qədər soyuqladığını və mədəsinin ağrıdığını açıqlayıb.

Bizimlə əlaqə saxlayın

birbank