05 
04
24
20:15
229

"Qobu Park-2" yaşayış massivində TƏHLÜKƏ - VİDEO

05, 04, 24
20:15
229

"Qobu Park-2" yaşayış massivində TƏHLÜKƏ - VİDEO

Bir aya yaxındır ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış massivində yol çöküb və nəqliyyat vasitələrinin hərəkəti yolun digər hissələrinin də davamlı olaraq çökməsinə səbəb olur.

Patrul.az” xəbər verir ki artıq xeyli hissə çöküb. 

Vətəndaşlar iddia edirlər ki, məsələ ilə bağlı Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən rəsmi mövqe bildirilib. Qeyd edilib ki, məsələ ilə bağlı podratçı şirkətə (KRİSTAL ABŞERON) məlumat verilib, tezliklə problem aradan qaldırılacaq. Kristal Abşeron şirkəti isə bir aya yaxındır heç bir tədbir görmür, çökmə günü-gündən daha da dərinləşir.

Məlum videonu “Patrul.az”a göndərən vətəndaşlar xahiş edirlər ki, aidiyyatı qurumlar məsələnin həll edilməsinə köməklik etsinlər:

“Bu çökmənin binalar üçün təhlükə yaratmadığı bildirilsə də bu həm məni, həm də digər “Qobu Park” sakinlərini ciddi narahat edir. “

Bizimlə əlaqə saxlayın

birbank