04 
04
24
15:57
180

"Məlumat yalandır, saxlanılmamışam" Müğənni Rəksanə açıqlama verdi

04, 04, 24
15:57
180

"Məlumat yalandır, saxlanılmamışam" Müğənni Rəksanə açıqlama verdi

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılovanın Rusiyanın paytaxtı Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılması ilə bağlı Rusiyanın teleqram kanalları məlumat yayıb.

Məlumatda qeyd edilib ki,İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.

Məsələ ilə bağlı “Patrul.az” olaraq müğənni ilə əlaqə saxladıq. Saytımıza açıqlama verən müğənni Rəksanə İsmayılova bildirdi ki, haqqında yayılan xəbər dezinformasiyadır. Xanım müğənni  bildirir ki, hər hansı işlə bağlı heç bir yerə çağırılmayıb, dindirilməyib.

Bizimlə əlaqə saxlayın

birbank