03 
04
24
17:25
147

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azər Abizadə nazir müşaviri təyin edilib

03, 04, 24
17:25
147

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azər Abizadə nazir müşaviri təyin edilib

Patrul.az xəbər verir ki, Azər Abizadə bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetində biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Məzun olarkən “İlin ən uğurlu xarici məzunu” mükafatına layiq görülüb. 2012-ci ildə ABŞ-nin Roçester Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 

Azər Abizadə 2012-ci ildən ADA Universitetində baş müəllim, 2017-ci ildən isə dosent olaraq çalışıb. İşlədiyi müddət ərzində oyunlar nəzəriyyəsi ilə bağlı bir çox nüfuzlu jurnallarda elmi məqalələri dərc olunub. ADA Universitetinin “İlin ən uğurlu müəllimi və alimi” mükafatını alan ilk müəllimidir.

Bizimlə əlaqə saxlayın

birbank